Satın alan dövlət təşkilatlarının elan etdikləri tenderlərdə eyni şirkətlərin və ya sahibi eyni olan şirkətlərin qalib elan edilməsi məhdudlaşdırılacaq.
Eləcə də bax: Azərbaycanda KOB-ların dövlət satınalmalarında iştirakına - Dəstək Veriləcək
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, tenderlərdə eyni şitkərlərin qalib gəlməsi faktları ilə razıdır:
“Bunula razıyam. Yeni “Dövlət satınalmaları haqqında” qanun layihəsində nəzərdə tutulub ki, iştirak edən şirkətin benifisiar mülkiyyətçisinə qədər müəyyənləşdirmə aparılsın. Tenderdə iştirak edən təşkilatlar üzrə tələblər, maraqların toqquşması halları dəqiq dəqiq göstərilir. Məsələn, hər hansı tenderdə iki qardaşa məxsus olan ayrı-ayrı şirkətilərin və ya bir şəxsin payının olduğu ayrı-ayrı şirkətlərin iştirak etməsi yoxlanılacaq. Bu hallar mövcud qanunda göstərilməyib, boşluqlar var, amma yeni qanunda əksini tapacaq”. (Marja)