Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti təmir işləri ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Victory Construction Group" şirkəti olub.
Şirkətlə 739 935 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Bakı şəhəri, Ağcabədi, Goranboy və Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün,fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri nəzərdə tutulur.