DİN Daxili Qoşunlar Baş İdarəsi "2023-cü il üçün Qoşunların fiber optik şəbəkəsinə göstəriləcək fasiləsiz və təhlükəsiz xidmətlər" ilə bağlı tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Delta Telekom" MMC (VÖEN: 1700164781) olub.
Şirkətlə 179 240 manat məbləğində müqavilə imzalanıb.
“Delta Telekom" MMC daha öncə Dövlət Vergi Xidmətinin11 800 manat dəyərindəki “Rabitə xidmətinin (peyk üzərindən 512 Kbps Data xidməti (Ağcabədi-Taxta Körpü; Fizuli-Horadiz) göstərilməsi” tenderinin qalibi olub.