FED.az xəbər verir ki, 10 və 29 avqust 2018-ci il tarixli nömrələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə cari il oktyabrın 23-24-də Bakı şəhərində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda I beynəlxalq elmi konfransın keçirilməsi ilə əlaqədar iş və xidmətlərin satınalınması üçün dərc olunmuş açıq tenderdə iştirak edən iddiaçıların sayı 3(üç)-dən az olduğuna görə sənədlərin təqdimatı tarixi 27 sentyabr 2018-ci ilə, tender təklifi və bank təminatının təqdimatı 8 oktyabr 2018-ci ilə, tender zərflərinin açılışı vaxtı isə 10 oktyabr 2018-ci ilə qədər uzadılmışdır.
Tenderə qatılan olmadı – VAXTI UZADILDI
09:30
18 Sen 2018