"Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi tərəfindən Gəncə şəhərində həyata keçirilməsi planlaşdırılan mühüm sosial layihə ilə bağlı tender ləğv edilib.
Qubadlıda 61 milyon manata nə tikiləcək? - TİKİNTİ ŞİRKƏTLƏRİ ÜÇÜN FÜRSƏT
FED.az xəbər verir ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzil alışı ilə bağlı tender iştirakçı çatışmazlığı səbəbilə ləğv edilib.
Layihə çərçivəsində Gəncədə ümumilikdə 40 mənzilin (16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı) satın alınması planlaşdırılırdı. Ehtimal olunan qiymət 2.866.080,00 AZN təşkil edirdi.
Lakin satınalmada iştirak etmək üçün təklif və təminat təqdim edən, eyni zamanda tələb olunan lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı qanunvericilikdə nəzərdə tutulmuş minimum 3 nəfərdən az olduğu üçün, müsabiqə ləğv edilib. Bu, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib.
Müsabiqə 30 may 2025-ci il tarixində elan edilmiş, təkliflərin təqdim olunması və zərflərin açılışı isə 4 iyul 2025-ci il, saat 17:00-da baş tutmalı idi.