Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi qaydası dəyişir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin aprelin 17-ə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq "Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eləcə də bax: Milli Məclisin növbəti iclasının gündəliyi - TAM SİYAHI
Layihəyə əsasən, hazırda satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.
Təklif edilən dəyişikliyə əsasən, bundan sonra həm də qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da güzəştli düzəliş tətbiq ediləcək.
Apa