Azərbaycanda gedişində baş verən pozuntulara görə, tenderin nəticələri ləğv edilib, qalib şirkətlə müqvilə dayandırılıb.
Dövlət Məşğulluq Agentliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı idarəsinin maşın - mexanizmlərin və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə keçirilən açıq tenderdə "Sevinc-96" MMC şirkəti qalib müəyyən edilib və malgöndərən qismində seçilib.
Amma "Dövlət satınalmaları haqqında" Qanununun 33.1, 36.3 və 36.5.3 maddələrinin tələblərinə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin məktubu əsasında formal tələblərə cavab vermədiyinə görə tender prosedurundan kənarlaşdırılmış və həmin tenderin nəticəsi qalibin müəyyən edilməməsi səbəbindən ləğv olunub.
Qeyd edək ki, qanunun sözügedən maddələri aşağıdakılardır:
33.1. Satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.[31]
36.2. Bu Qanunun 36.1-ci maddəsindən asılı olmayaraq satınalan təşkilat tender təkliflərinə baxılması gedişində aşkar edilmiş sırf hesab səhvlərini düzəldir. Satınalan təşkilat hər hansı belə düzəliş barəsində tender təklifini vermiş malgöndərənə (podratçıya) ləngimədən məlumat verir.
36.3. Bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin.
36.5. Satınalan təşkilat aşağıdakı hallarda tender təklifini kənarlaşdırır:
36.5.3. tender təklifi formal tələblərə uyğun gəlmirsə;