İnnovasiyalar Mərkəzi təmizlik işləri ilə bağlı tender elan edir.
- Təmzilik xidmətləri ilə bağlı – TENDER ELANI
- “Təmizkom” MMC, "Mint Services", “Parlak Məkan” - Azərbaycanda təmizlik tenderlərini kimlər udur – ŞİRKƏTLƏR, SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tender elanı Həsən Əliyev 36 küçəsində yerləşən 1700 kv.m. ofis sahəsinin gündəlik təmizlik işlərinin görülməsi işlərini əhatə edir.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1502467501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Həsən Əliyev küçəsi 36
Satınalma predmeti: Həsən Əliyev 36 küçəsində yerləşən 1700 kv.m. ofis sahəsinin gündəlik təmizlik işlərinin görülməsi
ÜSL kod (kateqoriya): 90918000-5 Bin təmizlik xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 06.03.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.04.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.04.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 12.04.2023 14:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında mallar/xidmətlər/işlər Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində aparılır.
Çatdırılma yeri - Həsən Əliyev 36
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 12 ay müddətində gündəlik təmizlik işləri
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rəşad Xudu-zadə, mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 994 12444-74-44/daxili 2632
12 ay ərzində 1700 kv.m. Bakı ş., Həsən Əliyev küçəsi 36 gündəlik təmizlik işlərinin görülməsi. Təmizliyə aid avadanlıqlar və mal-materialların daimi təminatı, o cümlədən: maye əl sabunu, zibil torbaları, tualet kağızı, sensorlu əlqurulama kağızı və aparatı, hava təravətləndiriciləri, tualet qovşaqları üçün xüsusi tabletlər, bütün kimyəvi maddələr və avadanlıqlar, işçilər üçün uniformaların təminatı. İnzibati binada olan mətbəxlərin daima təmiz saxlanması stəkanların, çaydanların, dəm çaydanlarının, qəhvə maşınlarının təmizlənməsi və qab-qaşıqların təmiz saxlanması; Mərkəzin inzibati binasında olan bütün soyuducuların ayda bir dəfə ümumi təmizlənməsi; İnzibati binada bütün otaq, sanitar qovşaqları və dəhlizlər daxil olmaqla, mətbəx istirahət otaqları və.s. həftədə bir defe dezinfeksiya işləri (həftənin son iş günü). Mərkəzin qarşısında quraşdırılmış bayraqların kimyəvi təmizlənməsi (balaca bayraqlar-bir aydan bir, İri bayraq-üç aydan bir) təmizlik vaxtı bayrağın montaj-demontaj edilməsi mütləqdir və bayraq iplərinin saz saxlanılması icraçının öhdəliyindədir. Binanın daxilində təmizlik işləri, o cümlədən sanitar qovşaqların, liftlərin (çöldən və içəridən), mebel üzlüklərin, arakəsmə şüşələrin, döşəmələrin, ofis mebellərinin, yumşaq ofis oturacaqlarının, jalyuzların, xalçaların, spotların təmizlənməsi, zibillərin çeşidlənərək daşınması, parça üzlü oturacaqların kimyəvi təmizlənməsi, binada quraşdırılmış iri monitorların xüsusi avadanlıqlarla təminatı və təmizlənməsi. Reklam lövhələrinin (çöl lövhələrinin və inzibati binanın daxilində olan reklam lövhələri) ehtiyac olduğu təqdirdə təmizlənməsi və içərilərinin yuyulması. - 12 ay müddətinə