“İnnovasiyalar Mərkəzi” MMC tərəfindən elan edilmiş tender baş tutmayıb.
Dövlət Agentliyinin tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
FED.az xəbər verir ki, sözügedən tender Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 38A ünvanında yerləşən 3 saylı Bakı “ASAN Kommunal” mərkəzinə gündəlik təmizlik xidmətlərinin satın alınması ilə bağlı elan edilmişdi.
Tender 21 aprel 2025-ci il saat 15:53-də elan olunub və təkliflərin təqdim olunması üçün son gün 07 may 2025-ci il saat 12:00 müəyyən edilmişdi.
Tenderdə təqdim edilən təkliflərin heç biri şərtlər toplusunun tələblərinə cavab vermədiyindən, müsabiqə “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.2-ci maddəsinə əsasən ləğv olunub. Satınalmanın ehtimal olunan dəyəri 147 066 AZN təşkil edirdi.
Təmizlik xidmətləri 2 124 kvadratmetrlik sahədə həyata keçirilməli idi.