Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda istehsalat sahəsində aparılacaq cari təmir işləri nəzərdə tutulur..
Müsabiqədə iştirak haqqə 1 000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1500042851
Satınalan təşkilatın ünvanı: AZ1154, Bakı şəhəri, Z.Xəlil küç., 37
Müsabiqənin başlama tarixi və vaxtı: 24.06.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.07.2023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 31.07.2023 10:00
Çatdırılma yeri - Bakı şəhəri
Çatdırılma müddəti - 4 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Maliyyə vəziyyəti haqqında bank arayışı
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İddiaçının son 2 (iki) ildəki fəaliyyəti (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
İddiaçının son 5 (beş) il ərzində (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Sərxan Əliyev, Maddi-texniki təminat sektorunun müdiri
Email: [email protected]
Əlaqə telefonu:+99412 3110160 daxili 1634