İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrində təmir-bərpa işləri üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Dəmirçi Tikinti Şirkəti" (VÖEN: 1904112701) MMC-dir.
Şirkətlə 449 149 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, tələblər belədir:
1 Kafel və ya metlaxın sökülməsi -m² -2550 2 Divar və ya döşəmənin hamarlanması -m² -2550 3 Döşəməyə hamarlayıcı qatın verilməsi (material daxil) -m² -1100 4 Döşəmə və ya divarın izolatexlə izolyasiya olunması (material daxil) -m² -2700 5 Kafel və metlaxın vurulması (material daxil) -m² -2550 6 Kafel və ya metlaxın dəyəri -m² -2550 7 Döşəmədə laminatın sökülməsi -m² -7300 8 Həmçinin, diktin sökülməsi -m² -1200 9 Döşəmənin laqalarla toxunması (material daxil) -m² -600 10 Döşəməyə 15 mm lik DVP diktin vurulması (material daxil) -m² -1200 11 Döşəməyə laminatın vurulması -m² -7300 12 Dikt 15 mm lik dəyəri -m² -660 13 33-cü sinif laminatın dəyəri -m² -7300 14 Kombinin təmiri -dəst -100 15 Divar kağızlarının sökülməsi -m² -12200 16 Divar səthinin divar kağızının vurulması üçün hazırlanması (material daxil) -m² -12200 17 Divar kağızlarının vurulması -m² -12200 18 Divar kağızının dəyəri -m² -12200 19 Tavanda çat yerlərinin təmiri (material daxil) -m² -4200 20 Tavanda paduqanın vurulması (material daxil) -p/m -1650 21 Tavanın boyanması (material daxil) -m² -4200 22 Divarlarda oyuğun sahəsi 3 m²-dək olan qapı bloklarının tənzimlənməsi m² 1450 23 Divarlarda oyuğun sahəsi 3 m²-dək olan qapı bloklarının quraşdırılması -m²- 145 24 Sahəsi 3 m²-dək olan qapı bloklarının dəyəri -m² -145 25 Qapı kilidlərinin dəyişdirilməsi -dəst -100 26 Hündürlüyü 2,1 m-dək olan qapı bloklarının haşiyələrinin tənzimləməsi -p/m -1200 27 Hündürlüyü 2,1 m-dək olan qapı blokları üçün haşiyənin dəyəri -p/m -760 28 Sahəsi 1 m²-dək olan plastik çərçivəli pəncərə və balkon qapılarının 2 qat şüşəpaketi ilə şüşələnməsi -m² -180 29 Qalınlığı 4 mm olan qeyri-parlaq şüşəpaketin dəyəri -m² -180
"Dəmirçi Tikinti Şirkəti" daha öncə də həmin qurumdan eyniadlı tenderi üzrə 275 403 manatlıq sifariş alıb (25.07.2022).