Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda təhsil şəbəkəsinin genişləndirilməsi, proqram təminatının, həmçinin İP telefoniya, məlumat hesablama cihazının və bu tipli digər avadanlıqların satın alınması nəzərdə tutulur.
Tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 1.000 (bir min) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- malgöndərənin tenderdə iştiak üçün müraciət ərizəsi;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixindən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
- iddaiaçının hansı sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
Hər bir iddiaçı ixtisas göstəriciləri üzrə aşağıdakı məlumatları təqdim etməlidir:
İxtisas uyğunluğu sənədləri:
- podratçının müvafiq sahədə peşəkarlığı və təcrübəsi;
- podratçının maliyyə vəziyyətinin uyğunluğu.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Siyahısı yuxarıda göstərilən və iddiaçının tender təklifini təşkil edən sənədlər tender komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:
İddiaçının texniki təklifi əsli və surəti ilə eyni bir zərfə qoyulmaqla, qiymət təklifi təklifin bank təminatı ilə birlikdə əsli və surəti isə digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyir, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyaraq, xarici zərfi imzalayıb möhürləyərək əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilən vaxtdan gec olmayaraq qeyd edilən ünvana göndərirlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 7 avqust 2023-cü il saat 17.00-a qədər satınalan təşkilatın ünvanına- qurumun inzibati binası, Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 909-cu məhəllə, maliyyə və iqtisadiyyat şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 8 avqust 2023-cü il saat 17.00-da qurumun inzibati binasında iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.