Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Respublika ərazisində bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "VK GROUP N1" MMC olub. Şirkətlə 493 min 848 AZN dəyərində müqavilə imzalanıb.
Xatırladaq ki, “"VK GROUP N1" MMC qurumun 520 min 695 AZN dəyərindəki “Respublika üzrə bir sıra təhsil müəssiələrində cari təmir işlərinin satınalınması üzrə” (28.09.2022) və Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı Şəhər Nümayəndəliyinin 765 min 124 AZN dəyərindəki “Yolların abadlaşdırılması işlərinin satın alınması” (20.10.2022) tenderlərinin də qalibi olub.