Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Ümumtəhsil müəssisələrinə "Digər malların alınması" xərc maddəsi üzrə malların satın alınması” tenderinin nəticələrini elan edib.
Təhsil Nazirliyinin 5,1 milyon manatlıq tenderinin qalibi – BƏLLİ OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “SİMPLEX” QSC olub.
Şirkətlə 4 956 842 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmir Fətullayev Tofiq oğludur. Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a Sity Point ünvanında yerləşir.