Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 tenderə yekun vurub.
Bakı Şəhər Əsaslı Tikinti Və Təmir - Kotirovka Sorğusu Keçirir
FED.az xəbər verir ki, 2021-2022-ci tədris ilinə ibtidai təhsil səviyyəsinin 1-ci sinfi üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması və 2021-2022-ci tədris ilinə ümumi orta təhsil səviyyəsi (5-9-cu siniflər) üçün böyük ölçülü kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması tenderlərinin hər iksinin qalibi "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" olmuşdur.
Nazirlik qalib şirkətə 1 milyon 948 min 580 manat və 1 milyon 306 min 471 manat olmaqla ümumilikdə 3 milyon 255 min 51 manat ödəyəcək.