Tender 1 lot üzrə keçirilir::
lot 1 - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2018-ci ilin may-dekabr ayları ərzində yeməklə təchizatı ilə bağlı xidmətlər
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai prospekti 49 (308-ci otaq) (Əlaqələndirici şəxs :İradə Mirzəhmədova, telefon :(012) 599-11-55 (daxili 5249)) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 1000 manat
Hesab: | AZ30CTRE00000000000002168501 |
VÖEN | 1500046011 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | BİK CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: -tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub). Müraciətdə iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumatlar öz əksini tapmalıdır; -iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; -hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notarial qaydada 2018-ci ildə təsdiq olunmuş surəti; -vergi borcunun olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış; -icbari sosial sığorta ayırmaları üzrə borcun olub-olmaması haqqında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş arayış; -iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı və bank rekvizitləri; -son bir ildə maliyyə vəziyyətini əks etdirən balansın surəti; -son iki ildə təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan təhsilalanların yeməklə təchizatı sahəsində fəaliyyəti barədə (yeməklə təchiz olunmuş təşkilatların siyahısı göstərilməklə) ətraflı məlumat. -maddi-texniki və kadr potensialı haqqında ətraflı məlumat. Təhsilalanların yeməklə təchizatı ilə bağlı xidmətlərin görülməsi üçün potensial imkanları (şəbəkə) barədə məlumat da öz əksini tapmalıdır; -xidmətlərin görülməsi zamanı ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul olunmuş İSO 22000:2005 (HACCP sistemi) beynəlxalq statuslu standartlara (prinsiplərə) riayət edilməsi, bununla əlaqədar müvafiq sertifikatın mövcudluğu haqqında geniş məlumat (sertifikat olduğu halda təqdim edilməklə); -SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) siyasətinə riayət olunması barədə məlumat; -beynəlxalq standartlaşdırma təşkilatları tərəfindən qəbul olunmuş qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinə dair proqramlar üzrə təlim keçən işçilər barədə məlumat. -öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat; -müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması haqqında məlumat; -satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat; -subpodratçı qismində başqa müəssisələrdən istifadə olunub-olunmayacağı barədə məlumat. Əgər istifadə olunacaqsa həmin müəssisə ilə tender iştirakçısı arasında bağlanılmış niyyət protokolunun və ya digər hüquqi sənədin surəti. Submüqavilənin bağlanılması və onlarda hər hansı bir dəyişikliyin edilməsi satınalan təşkilatın yazılı razılığı ilə olmalıdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-04-10 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-04-24 17:00qədər Bakı şəhəri, Xətai prospekti 49 (308-ci otaq) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-04-25 12:00 tarixində Təhsil Nazirliyinin iclas zalında (IV mərtəbə) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.