Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 9 tenderə yekun vurub.
Təhsil Nazirliyi ümumi dəyəri 20 milyon olan 6 tenderə -YEKUN VURDU, QALİBLƏR
FED.az xəbər verir ki, "S.H. İnşaat Xidməti" MMC və “Mühəndislik Tikinti Təchizat” MMC hər biri ayrı-ayrılıqda 2 tenderin qalibi olub, digər tenderlərin qalibləri başqa şirkətlərdir.
Qalib şirkətlər ilə ümumilikdə 30 888 042 manat dəyərində müqavilə imzalanıb.
Satınalma predmeti, məbləğlər və qalib şirkətlər aşağıdaki kimi müəyyən edilib :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ (AZN) |
Təhsil müəssisələrində sanitariya gigiyena və qida təhlükəsizliyinin təmin olunması xidmətlərinin satınalınması |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
1 018 104 |
Peşə təmayüllü siniflərdə tədrisin təşkili işlərinin satınalınması |
"Mədəd Azərbaycan" MMC |
1 607 868 |
STEAM əsaslı tədrisin təşkili işlərinin satınalınması |
"Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi" |
1 982 400 |
Respublika üzrə bir sıra təhsil müəssisələrinin cari təmir işlərinin satınalınması |
“Mühəndislik Tikinti Təchizat” MMC |
6 610 740 |
Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmir işlərinin satınalınması |
“Mühəndislik Tikinti Təchizat” MMC |
7 071 820 |
Respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması |
“S.H. İnşaat Xidməti” MMC |
5 681 669 |
Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması |
"CTC SERVİS" MMC |
215 642 |
Respublika üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin kommunal-kommunikasiya işlərinin satınalınması |
“S.H. İnşaat Xidməti” MMC |
1 146 507 |
Saatlı rayonu, R.Səfərov adına Qara Nuru kənd 1176 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri işlərinin satınalınması |
“AS-Təmir Tikinti” MMC |
5 553 292 |