Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi məktəb tikintisi və təmiri bağlı tendere yekun vurub.
FED.az xəbər verir ki, “Respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması” tenderin qalibi “Ricon” MMC olub.
Şirkətlə 2 790 355 manat məbləğində müqavilə imzalanıb.
“Gəncə şəhəri 10 nömrəli 240 yerlik körpələr evi-uşaq bağçasının tikintisi işlərinin satınalınması” tenderin qalibi Meqaplus Firması olub.
Şirkətlə 3 558 022 manat məbləğində müqavilə imzalanıb.
“Ağdam rayonu, Rzalar kənd 180 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması” tenderin qalibi “Az-Caspian Construction” MMC olub.
Şirkətlə 2 778 782 manat məbləğində müqavilə imzalanıb.
“Cəlilabad rayonu, Gövüzbulaq kənd 1 nömrəli 180 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması” tenderin qalibi “Parlaq-N” MMC olub.
Şirkətlə 2 835 634 manat məbləğində müqavilə imzalanıb.
“Astara rayonu Sərək kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi” tenderin qalibi “İsmayıllı Tikinti-27” ASC olub.
Şirkətlə 3 648 949 manat məbləğində müqavilə imzalanıb.
“Gəncə şəhər 24 nömrəli 1176 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri işlərinin satınalınması” tenderin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub.
Şirkətlə 4 524 214 manat məbləğində müqavilə imzalanıb.