Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odun yanacağının satın alınması məqsədilə tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot - 1. Odun yanacağının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri, Xətai küçəsi 29 (əlaqələndirici şəxs-Mayıl Kərimovdan, telefon-(070) 610-24-99) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı 250 manatdır.
H/h - AZ66AİİB32051019446800201168
VÖEN - 6600067641
Bank - “Kapital Bank” ASC-nin Oğuz filialı
Kod - 200684
VÖEN - 9900003611
M/h - AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: BİK AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru” Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 may 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 may 2019-cu il saat 17.00-a qədər Oğuz şəhəri, Xətai küçəsi 29 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 may 2019-cu il saat 11.00- da Oğuz şəhəri, Xətai küçəsi 29 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Təhsil nazirliyi odun alır : TENDER
09:18
11 Aprel 2019