Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işləri üşün podratçı seçir.
Eləcə də bax: Təhsil Nazirliyinin 1,4 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az xəbər verir ki, seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı – 1200 manatdır.
İddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə təsdiqedici sənədləri olmalıdır.
Şirkətlərdən tender təklifləri 3 avqust saat 17:00-dək qəbul olunur.
Tender proseduru 4 avqust saat 15:00-da baş tutacaq. (İnterfaks)