Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzi satınalma işləri ilə bağlı keçirtdiyi 2 tenderin qaliblərini açıqlayıb.
FED.az TENDER xəbər verir ki, qaliblər ilə bağlanmış müqavilələr ümumilikdə 127 249,08 manat təşkil edir.
Qaliblər ilə bağlanmış müqavilələrin şərtləri aşağıdakı kimidir:
1.13 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin əhatə etdiyi təhsil müəssisələri üzrə dizenfeksiya, deratizasiya və dizinseksiya işlərinin satınalınması məqsədi ilə açıq tender keçirilib. 18 mart 2019-cu il tarixdə zərflər açılmış və yekun protokol tertib edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ASİMDX-15/01-5/3662p saylı 11 aprel 2019-cu il tarixli məktubuna əsasən 18 aprel 2019-cu il tarixdə "San Prof" MMC (VÖEN 1004346731) ilə 79311.58 manat məbləğində müqavilə bağlanılıb.
2.13 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin əhatə etdiyi təhsil müəssisələri üzrə texniki suyun satınalınması məqsədi ilə katirovka sorğusu keçirilib. 25 fevral 2019-cu il tarixdə zərflər açılmış və yekun protokol tertib edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ASİMDX-15/01-5/1778p saylı 07 mart 2019-cu il tarixli məktubuna əsasən 11 mart 2019-cu il tarixdə Fiziki şəxs Muradov Kərim Abasqulu oğlu (VÖEN 6500346202) ilə 47937.50 manat məbləğində müqavilə bağlanılıb.
Təhsil Nazirliyi 2 tenderi bu şirkətlərə verdi - MÜQAVİLƏ
12:57
24 Aprel 2019