Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Dövlət Agentliyi təlim xidmətləri alır - TENDER ELANI
FED.az xəbər verir ki, sözügedən tender UNEC-də Təhsil İnnovasiyaları üzrə Süni İntellekt Mərkəzinin yaradılması layihəsi üzrə xidmətlərin satınalınması üçün elan edilmişdi. Tenderin qalibi Skaya Technologies Ltd. şirkəti seçilib.
Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 1 691 976 AZN təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, Skaya Technologies Ltd. texnoloji innovasiyalar sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət 2019-cu ildə yaradılıb və baş ofisi Bengaluru, Hindistanda yerləşir.