“Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsi tərəfindən elan edilmiş tender müsabiqəsi ləğv edilib.
Müdafiə Nazirliyinin tenderi niyə ləğv edildi? - DETALLAR
FED.az xəbər verir ki, tender Türkiyə Azərbaycan Universiteti üçün nəzərdə tutulan qida təhlükəsizliyi laboratoriya mallarının satınalınması üzrə elan edilmişdi.
Rəsmi açıqlamaya əsasən, satınalma nəzarət orqanının qərarı ilə dayandırılıb. Qərarın detalları açıqlanmayıb.
Xatırladaq ki, tenderin ehtimal olunan dəyəri 895 453 manat təşkil edirdi. Müsabiqə 1 avqust 2025-ci il saat 15:58-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 8 avqust 2025-ci il saat 16:00-da planlaşdırılmışdı.