Dövlət Dəniz Akademiyası açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda iaşə xidmətinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 9900064231
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000 Z.Əliyeva küç., 18
Müsabiqənin başlama tarixi və vaxtı: 30.11.2023 13:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
20.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.12.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 29.12.2023 10:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən köçürmə yolu ilə ödəniş edilir.
Çatdırılma yeri : “Azərbaycan Dövlət Dəniz Akademiyası“ PHŞ-nin əsas inzibati binası (Bakı şəhəri, AZ1000 Z.Əliyeva küç.,18) və II korpusuna (Bakı şəh. Yasamal ray., Kazım Kazımzadə küç., 127) yemək bişmiş vəziyyətdə termobokslarda, “Azərbaycan Dövlət Dəniz Akademiyası“ PHŞ-nin tələbə yataqxanasına (Bakı şəh. Nəsimi ray, Ü.Hacıbəyli küç., 114) birdəfəlik qablarda çatdırılmalıdır.
Çatdırılma müddəti : İaşə xidmətin göstərilməsi 12 ay müddətində nəzərdə tutulur.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının Nizamnaməsi.
İddiaçının qeydiyyatdan keçdiyi ölkə.
İddiaçının rekvizitləri.
İddiaçının Şəhadətnaməsi.
Sahibkarlıq subyektinin bölgüsü.
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı.
İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi).
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə sənəd.
İddiaçı satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd təqdim edilməlidir.
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Bağırov Niyaməddin, Təchizat və satınalmalar üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu : (012) 404-37-00 daxili 3042