Azərbaycan Tibb Universiteti (ATU) elan etdiyi tenderin nəticələrini açıqlayıb.
ADNSU tələbələrinin Londona səfərini bu şirkət təşkil edəcək
FED.az xəbər verir ki, sözügedən tender universitetin işçi heyəti və müəllimləri üçün İngilis dili təlimlərinin təşkili və bu sahədə sertifikatlaşdırma xidmətlərinin satın alınması üzrə keçirilib.
Tenderin qalibi “British Academy” MMC olub. Şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 168 880 manat təşkil edir.
Tender çərçivəsində universitetin 130 əməkdaşı üçün 11 aylıq dil tədrisi proqramı təşkil olunacaq və təlimlərin sonunda iştirakçılar müvafiq sertifikatlarla təmin ediləcəklər.
Xatırladaq ki, Azərbaycan Tibb Universiteti 14 sentyabr 2023-cü ildə professor-müəllim heyəti üçün ingilis dili kurslarının keçirilməsi və sertifikasiya prosesinin təşkil edilməsi üzrə tender keçirib. Həmin tenderin də qalibi “British Academy” MMC olmuşdur. Şirkətlə 151 000 manat dəyərində müqavilə bağlanaraq, 200 nəfər üçün 8 aylıq kursun təşkili və sertifikatlaşdırılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, “British Academy” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Natiq Veisalovdur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı (Rəsulzadə qəs.), ev 44 ünvanında yerləşir.