Azərbaycan Dövlət İqtisad Universiteti “100 hibrid auditoriya infrastrukturunun yaradılması üçün mal, iş və xidmətlərin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Oce Solutıon” MMC olub.
Qalib şirkətə 2 088 795 manat ödəniləcək.
Qeyd edək ki, “Oce Solutıon” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Gülmayə Həsənova Şərayət qızıdır . Hüquqi ünvanı Az1052, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli , Ev 23b ünvanında yerləşir.