“Təhlükəli Tullantılar” MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəzin Pirəküşkül ərazisində yerləşən poliqonunda tullantıların utilizasiyası işlərinin həyata keçirilməsi üçün texnikaların illik icarə xidmətinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1700084531
Satınalan təşkilatın ünvanı: Sumqayıt şəhəri, Bakı-Quba şossesinin 33-cü km-i
Müsabiqənin başlama tarixi və vaxtı: 30.11.2023 11:15
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
20.12.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.12.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 29.12.2023 11:00
Ödəniş şərtləri : Bank köçürməsi yolu ilə
Çatdırılma yeri : Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəz
Çatdırılma müddəti : 12 ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının nizamnaməsi
Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı
İddiaçının rekvizitləri
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə
İxtisas göstəriciləri:
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq vergi orqanından arayış
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış
İddiaçının analoji işlərdə təcrübəsi barədə rəsmi məlumat
İddiaçının maddi-texniki imkanları haqqında rəsmi məlumat
İddiaçının kadr imkanları haqqında rəsmi məlumat
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İlkin Həsənov, baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu : (012) 510 32 30