"Təcili Yardım Avtobazası"PHŞ iki tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, "Mercedes-Benz Vito","Mercedes-Benz Sprinter" markalı təcili yardım avtomaşınlarının cari təmiri üçün ehtiyat hissələrinin satınalınması tenderinin qalibi "Best Valves" MMC olub.
Şirkətlə 292 050 manat məbləğində satınalma müqaviləsi bağlanıb.
"Mercedes-Benz Vito","Mercedes-Benz Sprinter" markalı təcili yardım avtomaşınlarının əsaslı təmiri üçün ehtiyat hissələrinin satınalınması tenderinin qalibi isə "İmport Supply Company" MMC olub.
Şirkətlə 291 100 manat məbləğində satınalma müqaviləsi imzalanıb.