Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsi “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün avtoşinlərin və akkumulyatorların, "Mercedes-Benz Vito" və "Mercedes-Benz Sprinter" markalı avtomaşınların və Rusiya markalı avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması məqsədilə açıq tender elan edir.
Kliniki Tibbi Mərkəz tender - ELAN EDİR
FED.az xəbər verr ki, tender iştirakçılarına təklif olunur ki, Dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına asan login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.
İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Üstünlük veriləcək meyarlar: ən sərfəli qiymət,yüksək keyfiyyət (mənşə sertifikatları təqdim olunaraq orijinal ehtiyat hissələri, “Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli diaqnostik proqram təchizatı, 24 saatlıq xətdə texniki xidmət işləri) bu sahədə peşəkarlıq,maliyyə imkanları və malların qrafikə uyğun təhvili.
Potensial imkanları olan iddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. İştirak haqqı birinci və üçüncü elan üçün hər birinə 200 manat, ikinci elan üçün isə 500 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı
Kod – 805056
VÖEN – 9900001881
M/h – AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
H/h – AZ25IBAZ38060029446270517209
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsi
VÖEN – 1700293201
Tenderdə iştirak üçün bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
–tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanıb möhürlənmiş olmalıdır);
–iştirak haqqının ödənilməsi barədə sənəd;
–tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
–tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
–bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
–Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
–iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
–iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
–iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);
–müqavilənin yerinə yetirilməsi təminatı -2 faiz (iddiaçının təklifi 100000 ABŞ dolları manat ekvivalentindən çox olarsa);
–müvafiq mallar və xidmətlər üzrə mənşə və üyğunluq sertifikatları.
Tenderdə iştirak etmək istəyən iddiaçılar ixtisas göstəricilərinə aid yuxarıda göstərilən sənədləri 1-ci elan üçün 23 sentyabr 2021-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatını isə 1 oktyabr 2021-ci il saat 10.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 4 oktyabr 2021-ci il saat 10.00-da açılacaqdır.
2-ci elan üçün sənədlər 24 sentyabr 2021-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı isə 4 oktyabr 2021-ci il saat 10.00-dək portal vasitəsilə təqdim edilməlidir. İddiaçıların təklifləri 5 oktyabr 2021-ci il saat 10.00-da açılacaqdır.
3-cü elan üçün sənədlər 27 sentyabr 2021-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı isə 5 oktyabr 2021-ci il saat 10.00-dək portal vasitəsilə təqdim edilməlidir. İddiaçıların təklifləri 6 oktyabr 2021-ci il saat 10.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.