"Təcili Tibbi Avtobazası" "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter", "Fiat Doblo XL", "Ford Transit" və "Volkswagen Crafter" markalı təcili yardım avtomaşınlarının əsaslı təmiri üçün ehtiyat hissələrinin satınalınması üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, 224 min manatlıq tenderin qalibi "İmport Supply Company" MMC olub.
Qeyd edək ki, tenderlə starter, pec radiatoru (qabaq), hidromuftapərilə, arxa fənər (stop), vkladış korinnoy, klapan salniki, dirsəkli valın arxa salniki və s. alınacaq.