TƏBİB-in tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 1300242201) tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Tibb Texnikasının Təmiri Zavodu” ASC (VÖEN: 1800168101) olub. Tərəflər arasında 2 milyon 604 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Qurum tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələrinin satın alınması üçün “Diamed CO” MMC-ni (VÖEN: 1503546911) seçib. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 3 milyon 642 min manat təşkil edib.
Qeyd edək ki, “Tibb Texnikasının Təmiri Zavodu” ASC 1993-cü ildə yaradılıb. Nizamnamə kapitalı 1 milyon 850 min manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Cavanşir Möhübət oğludur. Şirkətin dövlətə 4 min 807 manat vergi borcu var.
“Diamed CO” MMC isə 2017-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 9 milyon 520 min manat, qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.













