Bakı Beynəlxalaq Dəniz Ticarət Limanı "Taxıl Terminalının tikintisinin layihə-smeta sənədlərinini hazırlanması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkət "Hydrotrans Enginering Mühəndislik Mərkəzi" MMC (VÖEN: 1000104731) olub.
Qalib şirkət 212 400 manat ödəniləcək.
Qeyd edək ki, qurum bundan əvvəl Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin 1 320 000 manat dəyərindəki "Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması" tenderinin qalibi seçilib.
"Hydrotrans Enginering Mühəndislik Mərkəzi" MMC şirkəti 21.02.1995-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 716.10 manatdır, qanuni təmsilçisi Natiq Əliyev Balabəy oğludur.