Salyan Suvarma Sistemləri İdarəsi İdarənin balansında olan, Kür çayının Şirvan və Muğan ərazisində yerləşən suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınması tenderlərinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "Azmek-LTK" MMC olub.
Qalib şirkətə Kür çayının Şirvan ərazisində yerləşən suvarma kanallarının lildən təmizlənməsinə 82 068 manat, Muğan ərazisində yerləşən suvarma kanallarının lildən təmizlənməsinə 118 741, ümumlikdə isə 200 809 manat ödəniləcək.