Şuşa şəhərində yaşıllıq örtüyünün artırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ tərəfindən iki yeni kotirovka sorğusu elan edilib.
Mərkəzi Bankdan 550 minlik tender - İT LİSENZİYALARI ALINIR
FED.az xəbər verir ki, hər iki satınalma müsabiqəsi şəhərə müxtəlif növ ağac və güllərin çatdırılması və əkilməsi ilə bağlıdır.
Birinci sorğu üzrə nəzərdə tutulan ehtimal olunan qiymət 511.593,72 AZN təşkil edir. Müsabiqədə iştirak haqqı 99 manat müəyyən edilib. Maraqlı şirkətlər təkliflərini 12 iyun 2025-ci il saat 12:00-a qədər təqdim etməlidirlər. Eyni gün və saatda tender zərflərinin açılışı baş tutacaq.
İkinci layihə üçün ayrılmış ehtimal olunan məbləğ 49.275,00 AZN-dir. Bu tenderdə də iştirak haqqı 99 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 12 iyun 2025-ci il saat 15:00-dır. Zərflər həmin gün eyni vaxtda açılacaq.
Hər iki kotirovka sorğusu ilə bağlı əlaqələndirici şəxs kimi Aydan Məhərrəmzadə çıxış edir. O, qurumun mühasibi və satınalma üzrə mütəxəssisi olaraq müsabiqə iştirakçıları ilə birbaşa əlaqə saxlayan şəxsdir. Əlavə məlumat almaq üçün onunla [email protected] elektron poçt ünvanı və ya +994 10 228 56 50 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.