"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" PHŞ tərəfindən Şuşa şəhəri, Dəmir yumruq küçəsi, giriş 56-da yerləşən Qız məktəbinin əsaslı təmir işlərinin satınalınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Babayev Group Company" MMC (VÖEN: 1505253611) olub. Müqavilənin ümumi dəyəri 1 750 004 manat təşkil edir. Ehtimal olunan qiymət isə 2 316 034 manat idi.
Qeyd edək ki, "Babayev Group Company" MMC bundan əvvəl (18.11.2025) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən elan edilən tenderin də qalibi olub. Şirkət DSX-nin hərbi hissələrinin ərazisinin abadlaşdırılması xidməti üzrə 7 326 620 manat dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, "Babayev Group Company" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 min 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Raman Babayev Şaiq oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 20 ünvanındadır.











