Səhiyyə Nazirliyi “Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ)” üzrə tender elan edir.
Eləcə də bax: Nazirlik təmir işləri ilə bağlı -TENDER ELAN ETDİ
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A (Əlaqələndirici şəxs : Vəliyev Ağarəhim telefon : +994124930318) ünvanından ala bilərlər.
İştirak haqqı:
Lot 1 :3000 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 30 bank günü
Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 60 bank günü
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
müvafiq işlərin həyata keçirilməsi barədə lisenziya (icazə - tələb olunduğu halda icazənin bütün növləri); - malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat; - son 2 ildə icra etdiyi analoji layihələr barədə məlumatlar (müqavilələr, başa çatmış layihələrin yekun təhvil-təslim aktları) təqdim olunmalıdır; - iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə, elanının verildiyi tarixdən sonrakı tarixə vergi orqanı tərəfindən təsdiqlənmiş arayış; -Maliyyə dövriyyəsi ilə bağlı son 1 illik müddətə verilmiş bankdan arayış,bank hesab qalığı göstərilməklə; - İddiaçının 2021-ci il üçün Dövlət Vergi Xidməti tərəfindən təsdiqlənmiş mənfəət vergi bəyannaməsi; - iddiaçının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sahibkarlıq subyekti kateqoriyasını təsdiq edən arayış; - Keçiriləcək tender müsabiqəsinin elanının verildiyi tarixdən sonrakı tarixə iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Dövlət Vergi Xidmətinin Milli Qeydiyyat İdarəsi tərəfindən; - Keçiriləcək tender müsabiqəsinin elanının verildiyi tarixdən sonrakı tarixə iddiaçının Səhmlərinin girovda olmaması və üzərində həbs olmaması barədə Milli Depozit Fondundan verilən arayış;(ASC və QSC-lər üçün) - Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayışın orijinalı ; - müəssisənin maddi-texniki bazası, o cümlədən, şirkətə məxsus avadanlıqlar, maşınlar və s. və kadr potensialı (rəhbər işçilərin və müətəxəssislərin diplomlarının surəti) barədə təsdiq edilmiş (texniki pasport, icarə müqaviləsi və digər təsdiqedici sənədlər nəzərdə tutulur) məlumat. (Cəlb olunacağı təqdirdə subpodratçılar tərəfindən Subpodrat müqaviləsi, Subpodratçının ixtisas göstəricilərini təsdiq edən sənədlər, onun kadr potensialı, son 2 ildə icra etdiyi layihələr barədə məlumatlar təqdim olunmalıdır);
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.12.2022 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14.12.2022 10:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 15.12.2022 10:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.