“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “İdarəetmə məsləhət xidmətləri"nin (Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışından sonra olan fəaliyyətinin təşkili və idarəolunması ilə əlaqədar məsləhət xidmətlərinin) göstərilməsi” tenderinin nəticələrini açıqlayıb.
Xaricdə "Şuşa günləri" tədbiri keçiriləcək - TENDER ELAN EDİLDİ
Şuşada Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Shusha Hotel Company” MMC olub.
Qalib şirkətlə 4 425 067 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Shusha Hotel Company” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Babək Həsənov Xəzaim oğludur. Hüquqi ünvanı AZ5800, Şuşa rayonu, Şuşa şəhəri, Aslan Qaraşarov ünvanında yerləşir.