Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Cənub yaşayış zonasında yaşayış binalarının tikintisinə dair elan etdiyi 2 tenderin qalibini açıqlayıb.
Dövlət xəstəxanası tender - ELAN ETDİ - SİYAHI
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "Conco" QSC-dir.
Qalib şirkətə müvafiq olaraq 7,682 milyon manat və 7,005 milyon manat, ümumilikdə isə 14,687 milyon manat ödəniləcək.
Məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də açıqlama yayıb. Açıqlamada deyilir ki, idarə Şuşada salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tenderdə 9 şirkətin təqdim etdiyi təklifləri qiymətləndirib və "Conco" ilə müqavilə bağlanılıb. Şəhərin Baş planına əsasən, aparılacaq tikinti işləri 3 və 5 mərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşanın iqlim şəraiti nəzərə alınacaq. Binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.
Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. İdarə təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.
Xatırladaq ki, “Conco" QSC bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayonunda yerləşən 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsinə xarici kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması üzrə 119 325 manatlıq tenderin qalibi olub.