"Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC növbəti tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, qurum “Şuşa Zəfər Muzeyinin layihələndirilməsi (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanması işlərinin satın alınması” işləri ilə bağlı birbaşa satınalma həyata keçirib.
Layihələndirmə işlərini İtaliyanın "ArtCloud Network International s.c.r.l" şirkəti həyata keçirəcək. İşlər 1 milyon 11 manata başa gələcək.
Xatırladaq ki, "ArtCloud Network International s.c.r.l" şirkəti daha öncə də "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC bir neçə birbaşa satınalma həyata keçirib. Həmin satınalmalar aşağıdakılardır:
"Qubadlı İşğal və Zəfər Muzeyləri Kompleksinin layihələndirilməsi (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanması işlərinin satın alınması” - 687 min 778 manat
“Şuşa İşğal Muzeyinin layihələndirilməsi (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanması - 946 min 667 manat,
Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin layihələndirilməsi (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanması və layihələndirilməyə nəzarət xidmətləri - 995 min 500 manat
Qeyd edək ki, ArtCloud Network International s.c.r.l. şirkəti İtaliyada yerləşən və mədəni irsin qorunması, inkişafı ilə məşğul olan beynəlxalq şirkətdir. O, memarlıq sahəsində xidmətlər təqdim edir. Şirkət mədəni irsin qorunması üçün ənənəvi və innovativ həlləri birləşdirərək, beynəlxalq institutlarla əməkdaşlıq edir.