“Təmiz Şəhər” ASC "Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, "HAYAT GROUP" MMC (VÖEN: 1601930261) qalib elan edilib.
Qalib şirkətlə 4 668 080 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Hayat Group MMC bundan əvvəl Texnoloji Komplektləşdirmə İdarəsinin 3 306 000 manat dəyərindəki "Avtomobil nəqliyyat vasitələrinin satınalınması" (06.01.2023) və 1 839 620 manat dəyərindəki "Melorasiya, İrriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (buldozerlərin) satınalınması" tenderlərinin qalibi olub (03.11.2022).
Xatırladaq ki, "Hayat Group" MMC 29.10.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 148 520 manatdır. Qanuni təmsilçisi Babək İbrahimov Mikayıl oğludur. Hüquqi ünvanı Az1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 50, giriş 2, m 10-da yerləşir.