FED.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsindəki Neftçilər parkının təmiri və yenidənqurulması işlərinin yerinə yetirilməsinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu (Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 30, əlaqələndirici şəxs: Mehman Hüseynovdan, telefon: 452-39-10 (202) ) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı 200 manatdır.
Suraxanı RİH-in bank rekvizitləri:
Аdı: Suraxanı Rayon İcra Hakimiyyəti
H/h: AZ61CTRE00000000000002517531
VÖEN:1900131081
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Коd: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T. BİK CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
-iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifi dəyərinin 1 faiz həcmində bank zəmanəti zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
-tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 avqust 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 avqust 2018-ci il saat 18.00-a qədər yuxarıdakı ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 28 avqust 2018-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 30 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Suraxanıda park təmiri– TENDER ELANI
11:24
25 İyul 2018