Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu ildə qəsəbədə aparılacaq abadlıq-asfaltlama işləri üçün tender elan edir
FED.az TENDER xəbər verir ki, tender 1 (bir) lot üzrə keçiriləcək.
LOT-1. Qəsəbənin, küçə və yolların abadlıq-asfaltlama işləri.
İşlərin yerinə yetirilməsi ilin sonunadək nəzərdə tutulmuşdur.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar və işin keyfiyyətli yerinə yetirilməsinə zəmanət verməlidirlər.
Tenderdə iştirak etmək istəyənlər Lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Əlaqələndirici şəxs: Şəfiqə Mürsəlova (tel.: 65-6-93-39)
LOT-1 – 200 (iki yüz) manat iştirak haqqı
Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi.
Hesab: AZ57CTRE00000000000002516633
VÖEN: 2900273511
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZO13601000000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün iddiaçılar 10 may 2019-cu il saat 18:00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər.
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflər açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dilində olan tender təklifi Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tender təkliflərini 20 may 2019-cu il saat 18:00-a qədər, Sumqayıt ŞİH-nin Corat qəsəbəsi üzrə nümayəndəliyinə (ünvan: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 21 may 2019-cu il saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Sumqayıtda təmir işləri – TENDER ELANI
10:25
15 Aprel 2019