Mənzil İnşaat Dövlət Agentliy (MİDA) Sumqayıtda, 41-ci məhəllədə, 9 mərtəbəli binanın tikintisi üçün keçirdiyi kotirovka sorğusuna yekun vurub.
FED.az TENDER xəbər verir ki, kotirovka sorğusunun qalibi “Məkan İnşaat” MMC olub və şirkətlə 41 min 858 manat dəyərində müqavilə imzalanıb.
Müqavilənin predmeti Sumqayıt şəhəri, 41-ci məhəllədə 0,7565 ha torpaq sahəsində 9 mərtəbəli 2 bloklu 2 yaşayış binasının tikintisi işləri (tikinti ərazisinin baş planı, abadlıq, yaşıllaşdırma) memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı bölməsi, (su və kanalizasiya təchizatı, elektrik təchizatı, rabitə, qaz, istilik təchizatı üzrə işçi layihəsi), tikinti işlərinin təşkili bölməsi, insolyasiya layihəsi və smeta bölməsinin hazırlanması işləri) olub.
Eləcə də bax: Sosial evlərin tikintisi iki şirkətə verildi – 10,5 MİLYONLUQ MÜQAVİLƏ
Sumqayıtda sosial evlərin tikintisi başlayır - MÜQAVİLƏ
10:41
5 Mart 2019