Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda DOST Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 2 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1305817761
Satınalan təşkilatın ünvanı : Bakı ş., İ.Qutqaşınlı 86.
Müsabiqənin başlama tarixi və vaxtı : 13.09.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 18.10.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 26.10.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı : 27.10.2023 11:00
Hesab nömrəsi: AZ25IBAZ38090039446221732216
Bankın adı: Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal Filialı
Bankın kodu: 805562
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın VÖEN-i: 9900001881
Swift kodu: IBAZAZ2X
Ödəniş şərtləri : Müqavilənin ümumi dəyərinin 30%-i məbləğinədək avans ödənişi (avans məbləğinin 100%-i həcmində bank qarantiyası təqdim edilməsi şərti ilə) nəzərdə tutulur. Müqavilə üzrə qalan ödəniş malların hər hissəsi Sifarişçi tərəfindən qəbul edildikdən sonra həmin hissənin dəyəri (avans ödənişi nəzərə alınmaqla) 15 bank günü müddətində ödənilməklə həyata keçirilir.
Çatdırılma yeri : Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsi
Çatdırılma müddəti : Müqavilənin icrası müqavilə imzalandıqdan sonra 15 ay müddətində nəzərdə tutulmuşdur.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət
2. İştirak haqqının ödənilməsi ilə bağlı bank sənədi
3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
4. Tender təklifi
5. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı
6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
10. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
12. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
13. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
14. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalıdır
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Sudabə Qocayeva , Böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0125255026