Sumqayıt Şəhər İcra Hakimiyyəti "Sumqayıt şəhərində A.Quliyev, Koroğlu, S.Bədəlbəyli, Bakı küçələrində və 9-cu mikrorayonlar arası yolda səkilərdə abadlıq işlərinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Azərenerji Təchizat" MMC (VÖEN: 6402312081) qalib gəlib.
Tenderin dəyəri 477 728 manatdır.
"Azərenerji Təchizat" MMC daha öncə də həmin qurumun 1 124 000 manat dəyərində "Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarında fasadların, dəhliz və girişlərin əsaslı təmir işlərinin satın alınması" tenderinin qalibi seçilib (12.05.2023).