Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərdə abadlıq işlərinin həyata keçirilməsinə 2,4 milyon manata yaxın vəsait yönəldəcək.
Eləcə də bax: 2.2 milyon manatlıq tenderin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, bu məqsədlə iki müqavilə bağlanıb.
Sumqayıt şəhərinin küçə, yol və mikrorayon - məhəllələr ərazilərində asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması haqqında birinci müqavilə “Everest Tikinti” MMC ilə bağlanıb. Müqavilənin dəyəri 1 milyon 371,499 min manatdır.
Sumqayıt şəhərində küçə, prospekt və parklarda aparılacaq abadlıq işlərinin satın alınması haqqında ikinci müqavilə “Azərenerji Təchizat” MMC ilə bağlanıb. Müqavilənin dəyəri 1 milyon 5,883 min manatdır. (İnterfaks-Azərbaycan)