Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-ci il üçün Sumqayıt şəhərində yaşayış binalarının, küçə və yolların əsaslı təmiri və yol cizgilərinin çəkilməsi işlərinin satınalınması məqsədilə açıq tender elan edir
Tender 3 Lot üzrə keçiriləcəkdir.
Lot-1. Yaşayış binalarının əsaslı təmiri.
Lot-2. Küçə və yolların əsaslı təmiri.
Lot-3. Yol cizgilərinin çəkilməsi.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən hər 3 Lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlanlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: M.H. Qəhrəmanov,tel: 642-00-61.
Ünvan: Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27a.
Maraqlananlar əsas şərtlər toplusunu aşağdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı Lot-1 üçün 1000 manat, Lot-2 üçün 2000 manat və Lot-3 üçün isə 300 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilat: Sumqayıt Şəhər İH MKTİB
“Kapital Bank”ın 1 saylı Sumqayıt filialı.
Kod: 200253
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
H h: AZ84İİB33010019442501776125
VÖEN: 2902198151
SWIFT BİK - AİİBAZ 2 X
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün yazılı ərizə. (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksı, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarıxdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
İddiaçılar tender haqqında tələb olunan sənədlərin nümunə formasını yuxarıda göstərilmiş ünvandan ala bilərlər və iddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 9 aprel 2018-ci ilə qədər təqdim etməlidirlər.
İddiaçılar Lotlar üzrə tender təklifini 13 aprel 2018-ci il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri hər 3 lot üzrə 16 aprel 2018-ci il saat 11.00-da Sumqayıt şəhəri, 4-cü mikrorayon 27a nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender komissiyası