Sumqayıt Dövlət Universiteti “İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması(Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar keçiriləcək konfrans xərclərinin satın alınması)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Family 22 FN” MMC. Şirkətlə 95 min 303 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də agentliyin 95 min 043 manat dəyərindəki “Fərdi İnkişaf Akademiyası layihəsi çərçivəsində təlim xidmətlərinin satın alınması” (13.04.2022) tenderini qazanıb.