Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı Və Təmiri Xidməti Müəssisəsi “Yaşıllıq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının qazılması və bu məqsədlə malların, işlərin və xidmətlərin satınalınması”(40 ədəd) üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 450 manatdır, müsabiqə noyabr ayının 4-də başlayıb, tələb olunan sənədlər noyabrın 29-dək, tender təklifləri isə dekabr ayının 7-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 8-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Səbail rayonu Bibi-Heybət yolu 4