Baki Şəhəri İcra Hakimiyyəti Yaşillaşdirma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac-Bəzək Bitkiləri Sovxozu “Su anbarının, suvarma sisteminin və nasosxananın cari təmiri” üzrə görüləcək işlərin satın alınması” tenderinin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, tenderin qalibi "VEST-LTD" QSC olub. Şirkətlə 361 manat 190 manat dəyərində müqavilə imzalanıb.
Xatırladaq ki, "VEST-LTD" QSC həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri Və Uşaq Evləri İdarəsinin 164 min 249 manat məbləğində “Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin nəzdində olan uşaq evlərinin tədris və məişət işlərində istifadə olunan bir sıra malların satınalınması” (21.10.2022), Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 438 min 486 manat dəyərində “Məhəllədaxili yollarda abadlıq (asfaltlaşdırılması) işlərinin satın alınması” (21.10.2022), Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 466 min 250 manat dəyərində “Məhəllədaxili yollarda abadlıq işlərinin satınalması” (20.10.2022) tenderlərinin də qalibi olub.